Sərhəd tanımayan Əndəlüs müsiqisi Mərakeşdə  

12:25 03.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniya, Mərakeş, Venesuela və İngiltərə sənətçilərindən ibarət Qranadanın "Firdevs" musiqi qrupu Mərakeşdə qastrol səfərinə çıxıb.

Hafta.az-ın yazdığına görə, Marakeşdəki Camiul Fena Mədəniyyət Mərkəzində, Kasablankadakı Servantes İnstitutu Teatrında və Mərakeş Kraliçasının Milli Kitabxanasında çıxış edəcək "Firdevs", 4-6 aprel tarixləri arasında klassik qərb və flamenko musiqisi ilə yanaşı Əndəlüs və Türk təsəvvüf ənənələrinin zəngin irsindən ilhamlanan əsərlərini də nümayiş etdirəcək.

Mahnıların məzmunu Muhyiddin İbni Ərəbi və Ebul Həsən əl-Şüstər kimi Əndəlüs və Ərəb dünyasından olan sufi şəxsiyyət və şeyxlərin şeirlərindən ibarətdir. Qrup həmçinin 16-cı əsrdə yaşamış Moriskoların Kastiliya şeirlərindən parçalar təqdim edəcək.

Əli Peter Kiler (vokal və skripka), Ömər Binmelih (vokal və ritm), Səlma Pepis (skripka), Məhəmməd Dominqes (zərb və xor) və Karlos Tharatedən (flamenko və gitara) ibarət "Firdevs" qrupunun çıxışları, multikulturaldır, əməkdaşlıq edir, onun tarixini, İspaniya-Mərakeş dostluğunu və mədəni zənginliyini əks etdirir. İspaniyanın Mərakeşlə mədəni və musiqi yaxınlığını bir daha vurğulayacaq “Ramazan Gecələri 2023” konsertlərinin təşkilatçıları bu gecələrin üç fərqli musiqi mədəniyyətində səyahəti təmsil etdiyini, tamaşaçıları Aralıq dənizi musiqisində mənəvi səyahətə çıxardığını düşünürlər.